Nəyə görə Azərbaycan teatrı brend deyil?

Nəyə görə Azərbaycan teatrı brend deyil?

 
Mən bunu hər zaman düşünürdüm, amma  cəsarət tapıb yaza bilmirdim ... qorxurdum, çəkinirdim! Fikirləşirdim ki, oxuyan, oxumuyub kimdənsə eşidən "sən hələ nə bilirsən ki, teatr haqda söz söyləyirrsən!!!" deyər.

Böyük Atatürk deyirdi ki: ”Teatr bir millətin kültür aynasıdır”. Bəs bizim teatr kültür aynamıza çevrilə  bilibmi? Qətiyyən yox!!! Bizim özümüzə görə görkəmli şəxsiyyətlərimiz var, olub və olacaq... amma baxaq görək bizim üçün görkəmli olan insanlar başqaları üçün də görkəmlidirmi?

Biz hər zaman özümüzü maraqlandıran, öz aktual problemlərimizi əks etdirən nəsnələr yaradırıq və  bəşəriyyətə təqdim edirik. Bu bizə maraqlıdır. Dünyaya yox! Nə zaman ki, Azərbaycan teatrına dünyəvilik, insanları, toplumu maqraqlandıran nəsnələr gələcək, nə zaman ki, teatra düşünən beyinlər yanaşacaq, nə zaman ki, teatr idealoji deyil, sənət məbədi olduğunu dərk edəcək, bax onda Azərbaycan Teatrı öz inkişafını, öz kimliyini, yaradıcılıq xəttini dünyaya sübut edəcək və  özfəaliyyət prizmasından kənara çıxaraq dünyəvi status qazanacaq.

Teatr görüşdür,  aktyorlarla tamaşaçının görüşü. Bu görüşdə seyirçi ovsunlanmalıdır. Bizim teatr seyrçini ovsunlamır, hətta özündən uzaqlaşdırır. Seyirçi teatra düşünməyə gəlir.Amma  teatr tamaşaçını düşündürə bilirmi? Yox!

Nədən? Qoy deyim sizə nədənini... Bu gün hər kəs özünü  aktyor, rejissor elan edir, bədii rəhbər olur  və böyük məktəb keçmiş,mütaliəsi ilə, ağlı ilə, sənəti ilə, intelekti ilə gəlib cəmiyyətdə müəyyən yer  tutmuş  insanlarla hardan və necə gəldiyi bəlli olmayan birisi üz-üzə qoyullur, nəticədə cəmiyyət  qarşısında sənəti və sənətkarı  hörmətdən salırlar.

Əziz sənət eşqi ilə döyüynən böyük ürəklərimiz, siz bu millətin yaşamasını istiyirsinizsə, bu dövlətin var olmasını istiyirsinizsə bu millətin sənətçisinə, sətkarına da baş əyməlisiniz. Başqa yolunuz yoxdur, axı siz bu dövlətin yaşamasını, var olmasını istəyirsiz...

Emil Bakuvi (Əsgərov)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universteti,
Rejissorluq ixtisası 2 kurs  tələbəsi.


Ədəbiyyat.Biz