Ruslan Nadiroğlu – Səndən Başqasını, Sevə Bilmirəm

Ruslan Nadiroğlu – Səndən Başqasını, Sevə Bilmirəm

Bu nə sirrdir nə hikmətdir görəsən?

Lal daşa dönmüşəm,niyə bilmirəm.

Əhdinə vəfalı olmasanda sən,

Mən sənə, vəfasız deyə bilmirəm.

 

Uyuram yalana mən bilə-bilə,

Yalanı sapa düz, sən gülə-gülə,

Yalanla qəlbimə dəy dönə-dönə

Mən sənin qəlbinə dəyə bilmirəm.

 

Sən özgə xəyallar peşində qoşan,

Mən sənin eşqinlə yanan, alışan,

Səni sevdim deyə, oldum pərişan,

Ağlağan olmuşam, gülə bilmirəm.

 

Günahmı etmişəm səni sevərək?

Nə fərman dinləmir, nə söz bu ürək,

Dəvasız xəstəlik bu olsa gərək,

Səndən başqasını, sevə bilmirəm.

 

Ruslan Nadiroğlu