Tomas Vulf. Ölüm - məğrur qardaş - 3 AZN

Tomas Vulf. Ölüm - məğrur qardaş - 3 AZN

Qanun Nəşriyyatı

T.Vulfun bu əsərində heyrətamiz enerji, nəfəs kəsən təhkiyə, Vulf qələminə məxsus gözlənilməz dönüşlər diqqəti çəkir. Povest ömründə dörd insanın ölümünü görmüş qəhrəmanın yaşantılarını oxucuya çatdırır. Sən demə, həyatda miskin, təsadüfi, lüzumsuz və məğrur ölümlər də varmış, insan qismətinə hansı ölümün düşəcəyini bilmir.

"Böyük şəhərdə ölümün üzünü artıq üç dəfə görmüşdüm, ötən yaz yenidən görməli oldum. Bir dəfə gecə – həmin il zülmətin nəhəng küçəsiylə sürünə-sürünə yaşadığım dəlisov, sərxoş, heydən düşmüş gecələrin səhərdən-axşamacan, axşamdan-səhərəcən sürən dəyişikliyində – metroda insanın necə öldüyünü gördüm…”


ÇATDIRMA ŞƏRTLƏRİ:

1. "Yarpaq" Azərbaycanın istənilən nöqtəsinə poçt və kuryer vasitəsi ilə kitab çatdırma xidməti təklif edir.

2. Bakı şəhərində 30 manatdan yuxarı sifarişlər üçün çatdırma pulsuzdur.

3. DİGƏR BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 20 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq.

4. Sifarişin məbləği öncədən ödənilir (Card to Card, Portmanat, poçt və sair ). Bakıya çatdırılma olanda qapıda ödəmə mümkündür.

Sifariş üçün Whatsapp-a yazın: +994 55 625 09 25