Bakıda Azərbaycan, Türkiyə və Argentina rəssamlarının sərgisi keçiriləcək

Bakıda Azərbaycan, Türkiyə və Argentina rəssamlarının sərgisi keçiriləcək

Bakının "Gallery 1969” sərgi salonunda Azərbaycan, Türkiyə və Argentina rəssamlarının əsərlərindən ibarət "Fərqli baharlar” sərgisi keçiriləcək.
 
APA-nın məlumatına görə, aprelin 4-dən 9-dək keçiriləcək sərgidə impressionizm üslubunda 60-a yaxın əsər nümayiş olunacaq. Açılış mərasimində tanınmış ictimai xadimlər, rəssamlar, dövlət məmurları, səfirlər və diplomatik korpus nümayəndələri iştirak edəcəklər. 
 
Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq. Giriş sərbəstdir.