İki yazardan bir esse -

İki yazardan bir esse - "Bəşəri məzhəkə"

Nəzakət xatirinə yalan danışmaq ədəbsizlik deyil.
Ehtirasdan doğan istənilən dəlilik şirin olur
Eşq öz natamamlığımı başqası sayəsində tamamlamaqdır. Mən bütov adamam eşqə ehtiyacım yoxdur
Ruhum vəba tutsa da bundan dönən deyiləm. İsrarlıyam.
Həyat-həyat deyə çırpınan erkək könlünü bir qadın öldürür bəzən .
Həyatın möhkəm dırnaqları incə qadın bədənini qana bulayır.
Qadın yox, əslində kişidir aciz, çarəsiz varlıq.
Təbiətin yaratdığı, möhkəmlik verdiyi sümüksüz, qığırdaqlı, hər güldüyündə xoşbəxt, ağladığında bədbəxt adlandırılan köləsi...
İnsanları azadlığa çağıran ilk müqəddəs varlığa bənzəyir qadınlar
hökmlü, bəzənsə ağılsız...Çox zamansa çarəsizlik simvolu...
İnsanı yaratmaq Tanrının, Tanrını yaratmaqsa insanın səhvidir.
Təbiət bizi bağışlasın....
Ağlamaq üçün səbəb tapmamaq bədbəxtlikdir
gülmək bəzən vəhşilkdir...
Müdrik bəşər övladı xoşbəxt ola bilməz
Bəşər də övladı Qvazimodo etdi...
Kazimodo Esmereldanın gözəl doğulması üçün eybəcərləşdi
Amma Esmeralda...
Keşiş həm Tanrını, həm də Esmeraldanı sevirdi. Tanrının yaratdığı varlığı sevmək günahmı?
sevməmək günahdır...