İstanbulda ilk dəfə yeni nəsil kitab sərgisi açılıb

İstanbulda ilk dəfə yeni nəsil kitab sərgisi açılıb

İstanbulda ilk dəfə "Yeni nəsil kitab sərgisi” açılıb.

Anadolu agentliyinin məlumatına görə, bu şəhərdə yerləşən Çətin Çıxış Sənətləri Mərkəzində (PSM) açılan sərgi 10 gün ərzində tanınmış yazarlarla oxucuları bir araya gətirəcək. Belə ki, 135 nəşriyyatın qatıldığı sərgi çərçivəsində görkəmli yazıçıların iştirakı ilə 220 tədbirin keçiriləcəyi nəzərdə tutulur.

Ziyarətçilər sərgidə QR kodları ağıllı telefonlarına oxudaraq sərgi ilə bağlı bütün məlumatları əldə edəcək və tədbirlərə qoşulmaq imkanı qazanacaqlar. Sərgidə istifadə edilən QR kod texnologiyası, həm gözdən əlillərin, həm də digər ziyarətçilərin istədiyi stendə baxmasına yardımçı olacaq.