“Qafqaz qaçaqları” romanı işıq üzü görüb

“Qafqaz qaçaqları” romanı işıq üzü görüb

Ərzurum Atatürk Universitetinin professoru Əli Kafkasyalının "Qafqaz qaçaqları” romanı işıq üzü görüb.

Kitabı türkcədən doğma dilimizə Məti Osmanoğlu çevirib. Roman bolşevik çevrilişi ilə başlayan zülmün 100-cü ilində babası Məmməd Babanın, atası Aloy Hacının və bütün Qafqaz qaçaqlarının əziz xatirələrinə ithaf edib.

Professor kitabında yazıb: "Qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar”.

Qeyd edək ki, Qarsda doğulub Ərzurumda yaşayan professor Əli Kafkasyalı Azərbaycan əsillidir: atası Qazaxın II Şıxlı kəndindəndir. Müəllifin babası Məmməd Baba Milli ordunun sərhəd mühafizə dəstəsinin başçısı olub. O, XI Qırmızı ordu ilə vuruşmada şəhid olub. Var-dövlətləri əllərindən alınmış şəhid ailəsi sovet rejiminin yaratdığı çıxılmaz vəziyyətlə bağlı məcburən Türkiyəyə köçüb.