Şöbə müdiri:

Şöbə müdiri: "Azərbaycanda tərcüməçi problemi var"

"Azərbaycanda tərcüməçi problemi var, çünki tərcüməçiləri ali məktəblərdə düzgün yetişdirmirlər".

"Report" xəbər verir ki, bunu açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri İsmayıl Kazımov deyib.

Şöbə müdirinin sözlərinə görə, bəzi fərdi tərcümə işi ilə məşğul olan şəxslər var ki, ali təhsilli həmkarlarından savadlı və peşəkardırlar: "Professional tərcümə materialı ala bilmək üçün mütəxəssis yetişdirmək lazımdır. Mütəxəssis hərtərəfli yetişdirilməlidir".

İ.Kazımov bildirib ki, hətta bəzi küçə reklamlarında xarici dildən tərcümə olunan cümlələr Azərbaycan dilində gülünc səslənir: "Milliləşmə, özləşmə getməlidir. Çətin olan alınma sözlərin qarşılığı tapılmalıdır, sözlər uzun vaxt keçmədən yerində milliləşməlidir". 

O, həmçinin qeyd edib ki, tərcümə zamanı daha çox məna təhrif olunur, cümlələr yerinə düşmür, dilin normaları - orfoqrafiq, sintaktik, ən çox da leksik-semantik norma pozulur.

Edebiyyat.biz