Pikasso əsərlərini kimə bağışlayıb?

Pikasso əsərlərini kimə bağışlayıb?

Dünya şöhrətli rəssam Pablo Pikasso 271 əsərini bir neçə il onun evində işləmiş montyora bağışlaya bilərdimi? Fransız məhkəməsi Pier Le Qvennes və arvadı Danielə açılan məhkəmədə bu məsələni araşdırıb həqiqəti üzə çıxarmağa çalışır.

Axar.az xəbər verir ki, montyor və arvadının iddiasına görə, təxminən 1970-ci ildə Pikassonun malikanəsində işə başladıqları dövrdə rəssam onlara 180 litoqrafik, kollajlar, yağlı boyalar və 91 ədəd sadə karandaşla çəkilən rəsm verib.

Pikassonun varisləri cütlüyün açıqlamalarını komik hesab edib. Le Qvennes ailəsi əsərləri illərlə qarajda saxlayıb. 1900-1932-ci illər arası çəkilən əsərlər indiyə qədər heç yerdə nümayiş olunmayıb.

Potensial şahidlərin ölməsi, onillər öncə baş verən oğurluq hadisəsinin ortaya çıxarılması çətin olduğuna və hökumət oğurluğun üstünü aça bilmədiyinə görə iddia şifahi sözlər üzərində şəkillənir.

Vəkillərin açıqlamalarına görə, təxminən 5 il əvvəl Pier Le Qvennes ölümündən sonra əsərlərin taleyindən narahat olmağa başlayıb. Uşaqlarına problem yaratmamaq üçün Pikassonun varisləri ilə danışıqlara başlayıb. 2010-cu ilin sentyabrında Pier Le Qvennes varislərlə görüşmək üçün Parisə gedib. Bir neçə gün sonra isə bütün əsərlər polis tərəfindən nəzarətə götürülüb.

Le Qvennes ailəsi əsərlərlə bağlı müxtəlif "hekayələr” danışıblar. İddialara görə, Pier Pikassonun arvadı Cekvelinin bağlı bir qutu içində bu əsərləri ona verdiyini və "Bunlar sənin üçündür, evə apar” dediyini və bu haqda heç vaxt danışmadıqlarını xatırlayır.

Daniel isə ərinin evə içi dolu zibil torbasıyla gəldiyini və Pikassonun bəzi əsərlərini ona verdiyini söylədiyini xatırlayır. Bu hekayəyə görə isə rəssam emalatxanasını yığırmış və əhəmiyyət vermədiyi işlərini bir torbaya qoyaraq kişiyə verib.

Qeyd edək ki, Le Qvenneslərin bu əsərləri oğurladığı sübut edilsə, onları 5 il həbs və 375 min avro pul cəzası gözləyir.

Edebiyyat.biz